Cibinizə uyğun səyahət

Gustave Flaubert deyirdi ki, “Səyahət insana təvazökarlıq qazandırır. Dünyanın necə də kiçik bir hissəsinə sahibləndiyimizin fərqinə varırıq.” Təvazökarlıq, insanların öz dəyərini olduğundan aşağı görməsidir. Flaubertə haqq qazandırmaq olar. Amma, səyahətin insana necə dəyər qatdığını da unutmayaq gərək.

Səyahət üçün həvəs sahibisinizsə, lazımı büdcə ilə dünyanı gəzmək heç də çətin deyil. Düzü, səyahətin çətini yoxdur, hətta pulsuz olsa belə. Çünki daddığınız zövq, çəkdiyiniz əziyyəti unutdurmağa qadirdir.


Bu yazıda aşağı büdcə ilə gəziləcək ölkələr haqqında danışmışıq.
Təvazökarlıqdan söhbət düşmüşkən, yetəri büdcə ilə dünyanı gəzənlər sinələrini bir əllə döyürsə, siz iki əlinizdə sinənizdə, aşağı büdcəli səyahətinizlə fəxr edə bilərsiniz.

İndoneziya – "Ye Pray Love" kitabı aysberqin yalnız görünən tərəfidir. Büdcə dostu İndoneziya, bundan da artıqdır. Məsələn, inanılmaz bir şam yeməyi cəmi 13,500 İndoneziya rupiyasına, yəni 1 dollara başa gələcək.

Kamboca – Büdcəniz üçün uyğun olan ölkələrdən olan Kambocada, Angkor Vat-ın antik qalıqlarını görə, olduqca ucuza dalış edə və ölkənin möhtəşəm plajlarının dadını çıxara bilərsiniz. Üstəlik, restoranda bir yemək 5 dolları aşmır və pivə 25 qəpikdən başlayır.

Vietnam – Vietnamı 1 sözlə ifadə edəsi olsaq, yəgin ki “təəccüblü” deyərdik. Şəkildəki Ha Long Bay, böyük əhəng daşı adaları ilə ölkənin ən gözəl mənzərələrindən biridir. Qiymətlər də olduqca münasibdir, dadlı bir vyetnam yeməyi təxminən 22000 vyetnam dongu, yəni 1 dollar dəyərindədir.

Laos – Cənub-Şərqi Asiya ölkəsi olan Laos, möhtəşəm dağları, Buddist ibadətgahları və “tubing” partiləri ilə məşhurdur. “Tubing”, təkərdə oturmaq və çayda axmaq deməkdir. Qalacağınız evlərin qiyməti yerdən asılı olaraq 10-30 dollar arasında dəyişəcəkdir. 1 dollarlıq küçə yeməklərini də dadmaq olar.

Tayland – Digər Cənub-Şərqi Asiya ölkələri kimi ucuz olmasa da, Tayland da cibiniz üçün qənaətbəxşdir. Kənd yerlərində qonaq evi olaraq bilinən otaqlar cəmi 4 dollardır.

Çin – Çin böyük bir ölkə olmasına rəğmən, bir yerdən başqa yerə getmək olduqca asandır. Xüsusilə tranzit səyahət çox ucuzdur və taksilərin qiyməti 1 dollardan başlayır.

Bolqarıstan (və digər Şərqi Avropa ölkələri) – Çoxları Avropanın Cənub-Şərqi Asiya və Mərkəzi Amerikadan daha bahalı olduğunu düşünürlər. Lakin Şərqi Avropanı bir istisna saymaq olar. Məsələn, Avropanın ən uyğun ölkələrindən biri olan Bolqarıstanda bir litr pivəni 1,5 dollara ala bilərsiniz.



Terra Travel - Dünyanı bizimlə kəşf edin!

Loading
Erkən Rezervasiya
Terra Travel Telegram