Xəzanlı ayda Eşq...

/home/getfile/35231

Kiprdə bal ayı


İlin bütün fəsillərində təbiəti, möhtəşəm çimərlikləri və canlı əyləncələri ilə seçilən Kipr, bal ayı tətili üçün rahatlıqla gedə biləcəyiniz yerlərdən biridir. Payızda Aralıq dənizinin bu məşhur adasında dənizdən və günəşdən zövq ala bilərsiniz. Hətta istəsəniz şəhər gəzintisi edə, tarixi yerləri araşdıra bilərsiniz. Viza problemi olmadan sadəcə təyyarə biletinizi alıb Kiprə asanlıqla gedə bilməyiniz özü xoş bir detaldır.
Əgər bu payızda bal ayınızı Kiprdə keçirməyə qərar verdinizsə sizə ən uyğun olan otel seçmək üçün araşdırmağa başlayın. Bal ayı keçirənlər üçün xüsusi xidmətlər, otaqlar və şərait dəyişir. Rahat və dinc bir bal ayı tətilinə özünüz üçün ən yaxşı variant tapmağa tələsin. Unutmuyun ki, Siz burada heç vaxt unutmayacağınız xoş ləzzətlərlə müşayiət olunan romantik anlar yaşaya bilərsiniz.


/home/getfile/35226

Maldiv adasında bal ayı


Maldiv adalarının qumlu çimərliklərində çılpaq ayaqlarınızla qumda gəzmək, və dup-duru dənizdə üzməklə rahatlığınıza qovuşa biləriniz. Tez-tez bal ayı cütləri tərəfindən seçilən Maldiv adaları firuzəyi dənizi və ağ qumu ilə həqiqətən cazibədar mənzərə və romantik anlar bəxş edir. Sentyabrda Maldiv adalarında bal ayı tətili unudulmaz bir xəyala çevrilir. Lüks otellərdə və sualtı restoranlarda qeyri-adi anlar və tamamilə fərqli təcrübələr yaşaya bilərsiniz.
Maldiv adalarında rəngli sualtı dünyanın şahidi olmaq, okean dalğaları ilə sörf etmək və qayıqla mərcan qayaları arasında gəzmək yaddaşınızdan heç vaxt silinməyəcək.
Maldiv tətilini təşkil etməkdə Terra Travel Sizə yardımçı ola bilər.


/home/getfile/35232

Balidə bal ayı


Bir birindən gözəl SPA bölgələri və məşhur masajı ilə Bali, bal aylarında romantika ilə yanaşı rahatlıq və dinclik axtaranlar üçün unikal bir dayanacaqdır. İndoneziyanın məşhur adası olan Balidə fərqli bir mədəniyyətdən zövq almaq mümkündür. Payız fəslində bal ayı tətili üçün Baliyə gedəsi olsanız müxtəlif tropik ləzzətlərdən həzz almağı və ekzotik masaj etməyi unutmuyun. Balidə dəniz mövsümü oktyabrın sonuna qədər davam edir. Beləliklə, payız fəslində Bali Sizi bütün gözəllikləri ilə gözləyir.
Balinin ziyarət ediləcək yerləri arasında Ubud, düyü tarlaları, Müqəddəs Meymun Meşəsi, Uluwatu Məbədi, Lempuyang Məbədi, Tirta Gangga (Su Sarayı), Nusa Penida adası, Pura Ulun Danu Bratan Məbədi, Tabanan Mahalı və Pura Tanah Lot var. Bali də dənizə giriləcək yerlərə, Nusa Dua, Crystal Bay,Jimbaran, Seminyak, Canggu, Balian Beach, Legian, Kuta Beach, Gangga Beach və Padang Padang daxildir. Bal ayınızda Terra Travellə əlaqə saxlayaraq tətilinizi asanlıqla təşkil edə bilərsiniz.


/home/getfile/35227

Seyşellerdə bal ayı


Çimərlik boyunca xurma ağacları, firuzəyi dəniz ilə birləşən səma və bütün şüaları ilə içinizi isitəcək günəş... hamısı və daha artığı Seyşel adalarında! Burada təbiət bütün səxavəti ilə özünü gösərir. Aydın dəniz, mərcanlar və nəhəng tısbağalarla Seyşel tamamilə fərqli bir dünya təqdim edir. Dünyanın ən romantik adalarından birində unudulmaz bal ayı tətilini keçirmək üçün Seyşel adaları turlarını Terra Traveldə sifariş edin.
Payızda bal ayı tətilinizi Seyşel adalarında keçirsəniz möhtəşəm gün batımı mənzərələrinin şahidi ola bilərsiniz. Ada lüks və zərif bal ayı tətili üçün gözəl bir məkandır. Bu ekzotik adada bal ayını keçirməyə dəyər.


/home/getfile/35233

İtaliyada bal ayı


Roma, Venesiya, Florensiya, Neapol… kimi bir-birindən gözəl tarixin, mədəniyyətin və təbiətin qovuşduğu bir çox gözəlliklərə ev sahibliyi edən İtaliya payız fəslində Sizə gözəl bir bal ayı marşrutu təklif edə bilər. Sadəcə İtaliya turlarını seçməklə ölkənin ən məşhur şəhərlərinə baş çəkə və Amalfi Sahilini və Roma Turunun gözəlliklərini seyr edə bilərsiniz. Sorrento və Pozitano kimi cazibədar bölgələrdə və ya Romanın küçələrində gəzməkdən zövq alacağınıza əminik. Terra Travellə İtaliyada bal ayını keşirmək fürsətinə nə deyirsiniz?

Terra Travel - Dünyanı bizimlə kəşf edin!


Loading
Erkən Rezervasiya
Terra Travel Telegram