Övladlarınızla birlikdə səyahət edin...


/home/getfile/22304

Uşaqlarınızla xarici ölkəyə səyahət etmək ailə münasibətlərinizi yaxşılaşdırır.


Səyahət etmək ailə bağlarınızı möhkəmləndirir. Saatlarla təyyarədə yol getmək, kiçik otel otaqlarına yerləşmək, fiziki olaraq bir-birinə yaxın olmaq, təcrübələrini, görüb yaşadıqlarını bölüşmək ailə bağlarını daha da möhkəmləndirir.

/home/getfile/22304

Uşaqlarınıza nə qədər şanslı olduqlarını göstərin


Saysız-hesabsız oyuncaqları, nağıl kitabları və öz əyləncələri ilə məşğul olan uşaqlar, çox erkən yaşlarından valideynlərin onlar üçün yaratdıqları kiçik dünyada yaşayırlar. Övladlarınızın təvazökar bir şəxsiyyət olmasını istəyirsinizsə, onları xaricə aparın, inkişaf etməkdə olan dünyada insanların əksəriyyətinin yaşadığı yoxsulluq şəraitini görsünlər. Onlar, dünyadakı uşaqların hamısının gözəl paltarı, təmiz ayaqqabısı və çoxlu yeyəcəklərinin olmadığını başa düşdükdə daha şəfqətli və diqqətli olacaqlar.

/home/getfile/22304

Uşaqlarınızla səyahət etməyin avantajı böyükdür


Uşaqlarınızın sayından asılı olmayaraq, valideyinlər üçün övladları ilə səyahət, hər zaman qorxuducu olur. Uşaqların tez-tez əynini dəyişmək, vaxtı-vaxtında qidalandırmaq, yuxusuna nəzarət etmək və s. kimi bir çox səbəblər, valideyinlərdə qorxu doğurur. Amma unutmayın ki, uşaqlar sizi hər anın dadını çıxarmağa təşviq edəcək.
Düzdür övladlarınızla səyahət, sizi bir çox dəyərlərinizdən uzaq tutur. Səhərə qədər qəhvə içərək kitab oxuduğunuz zamanları, artıq övladlarınız üçün yuxusuz qaldığınız zamanlar üstələyəcək.
“Enerji küpü” övladlarınız, səyahətdə də dinc durmayacaqlar. Onlar öz enerjilərini bədəndən xaric etməyə çalışırlar. Biz isə daim onlara nəzarət etmək məcburiyyətindəyik. Nəticədə, öz maraqlarımızı onların maraqları ilə əvəzləyirik.

/home/getfile/22304

Uşaqlarla səyahətin avantajı böyükdür.


Bu zaman üzünüzə açılmayan qapılar açılır. Məsələn, Nikaraquada yerli sakinlər, uşaqlı ailələri gedəcəkləri yerə qədər öz maşınlarına dəvət edirlər. Peruda keçirilən Hallowendə, siz də övladlarınızla birlikdə xüsusi şirniyyatlardan dada bilərsiniz.
Ən başlıcası, uşaqlarınızla səyahət zamanı, bir çox yerlərdə, həmçinin hava limanlarında, pasport qeydiyyatında və s. növbədənkənar, ya da özəl sıraya keçmə şansınız olacaq.


/home/getfile/22304

Terra Travel, uşaqlarınızla səyahət zamanı işinizi asanlaşdıracaq və onları qoruyacaq ən vacib tövsiyələri sizə təqdim edir.


Maşınla səyahətə çıxırsınızsa, uşağın əşyalarını əl altında tutmaq üçün maşında xırda ciblərdən ibarət torba asın.

Uşağın təyyarədə oyanacağını nəzərə alıb, onun diqqətini çəkəcək oyuncaq hazırlaya bilərsiniz. Məsələn, təyyarənin pəncərəsində oynamaq üçün xırda yapışqanlar alaraq, övladınızın əylənməsinə və sizi yormamasına şərait yaratmış olacaqsınız.


Uşağınızın səyahət zamanı normadan çox yemək yeyəcəyini nəzərə alıb, qidalanması üçün vacib olan xırda əşyalardan götürün. Bu səyahət zamanı çiyin çantasına öz geyimləriniz və kosmetikalarınızı deyil, uşağa aid olan vacib əşyalarınızı yerləşdirin.


/home/getfile/34012/home/getfile/34011
Övladınız dəcəldirsə və tez-tez itməyindən qorxursunuzsa, qoluna telefon nömrənizi yazın. Belə olduğu təqdirdə, sizinlə asanlıqla əlaqə yaradıb, uşağınızın yerini deyəcəklər. İstəsəniz GPS izləmə cihazı da alıb onun qoluna və ya çantasına taxa bilərsiniz.

/home/getfile/34017

Uçuş zamanınızı övladlarınızı düşünərək planlayın. Uçuşlarınızı gecə saatlarına salmanız daha məqsədə uyğundur. Gecə uçuşları bir qədər baha olsa da, uçuş zamanı uşaqların yuxuda olması, hər kəs üçün xoşdur.

/home/getfile/22304

Araşdır, araşdır, araşdır!


Bu həm səyahətdən əvvəl, həm də səyahət zamanı tətbiq olunan bir qaydadır. “Körpənizin vizaya ehtiyacı varmı?”, “Özünüz və körpəniz üçün hansı peyvəndləri etdirməlisiniz?”, “Getdiyiniz ölkəyə malyariyadan qorunmaq üçün hansı dərmanları aparmaq lazımdırmı?” və s. sualları, özünüzə daha öncədən verin.

/home/getfile/22304

Təyyarədə harda oturmalısan?


Təyyarənin ən son yerlərində oturmaq, daha az adamı narahat edəcəyiniz mənasına gəlir. Həm də, qalxıb mətbəxdən istifadə etməyiniz və tualet üçün də daha yaxındır. Amma, bəzən arxa oturacaqların arxaya əyilməməsi və təyyarənin arxa hissəsindəki gurultulu səsləri, sizi narahat edə bilər.

/home/getfile/22304

Planlı və bir o qədər də sərbəst olun.


Həmişə olduğu kimi səyahət zamanı da planlı olmaq lazımdır. Amma unutmuyun ki, qaydalar və ciddi rejimlər ailənizi yora bilər. Odur ki, təsadüflərdən zövq almağa çalışın. Ailəniz gözləmədiyi hallarda onları surprizlərinizlə sevindirin.

/home/getfile/22304

Keyfini çıxar!


Səyahətiniz üçün çox vaxt ayırın, çamadanlarınızı yaxşı hazırlayın. Unutmayın ki, “səyahət yolu”nun özü də bir istirahətdir. Hər şeyin yaxşı olacağını düşün və anın dadını çıxar.

Terra Travel - Dünyanı bizimlə kəşf edin!


Loading
Erkən Rezervasiya
Terra Travel Telegram