QAFQAZIN bəbiri Hirkandadır.

/home/getfile/33184

Fotosunun çəkilməsinə bir il sərf olunan bu canlını, bəlkə də bir günə görə bildiniz.



Yaranma tarixi: 9 fevral 2004-cü il
Yerləşməsi: Talış dağları (Astara və Lənkəran rayonları)
Sahəsi: 40,358 ha
Landşaftı: Dağ meşəsi, dağ çəmənlikləri, yarımsəhra, meşə çölü
Rast gəlinən bitki növü: Meşə
“Qırmızı kitab”a daxil olan növlər: Bəbir, qonur ayı, vaşaq, zolaqlı kaftar, qara leylək, çırtdan qartalça, tirəndaz, Talış uzunbığı, Talış məxməri kəpənəyi, Hirkan şümşadı, Hirkan qovağı, Lənkəran gülxətimisi və s.
Təbii, tarixi, mədəni yerləri: “Xanbulan” gölü, “İstisu” (Astara), “Divəkə”, “Quri Nəbi” (qədim qəbir), “Şeyx Dilim ” türbəsi, “Piri ərəb”türbəsi.
Rast gəlinən heyvan növləri: Çöl donuzu, porsuq, yenot, canavar, tülkü, qaratoyuq, sığırçın və s.
Milli Parkın iş vaxtları: 09:00 – 18:00



Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının «Qırmızı Kitab»ına daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir.


Hirkan Milli Parkının ərazisinin çox hissəsini meşələr və şimal-qərbdən cənub–şərqə doğru uzanan sıra dağlar əhatə edir.Hirkan Milli Parkının ərazisi şaquli qurşaq üzrə çox ucalmasa da ( 1000 m-ə qədər) şərqdən qərbə dağlara qalxdıqca, meşələrin şaquli qurşaqlar üzrə dəyişdiyini müşahidə etmək olar.



Aşağı hissədə əsasən, şabalıdyarpaq palıd, dəmirağac və vələsin (İpək akasiya. Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, azat, və s. ilə birlikdə) üstünlük təşkil etdiyi meşələr yayılmışdır. Hündürlüyə qalxdıqca əsasən dəmirağac, qismən də şabalıdyarpaq palıd azalır, onları fısdıq meşələri əvəz edir.

Milli Parkın meşələrində ayıdöşəyi, Hirkan bigəvəri, Hirkan şümşadı, pırkal, müxtəlif lianlar geniş yayılmışdır. Bu bitkilərin əksəriyyətinin adı Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmişdir.


Hirkan Milli Parkının yerləşdiyi Lənkəran zonasının subtropik meşələrinin ən səciyyəvi xüsusiyyətlərindəıı biri də burada Hirkan tipli meşələrin yaxşı saxlanılması, bir çox endemik, nadir ağac və kol bitkilərinin geniş yayılmasından ibarətdir.


Milli Parkın entomofaunası endem növlərlə zəngindir. Ərazidə “Qırmızı Kitab”a daxil edilmiş növlərdən tündqırmızı Talış uzunbığı, Talış kökyeyəni, üçpərli Talış qacağanı, palıd diserkası, eyfema, Talış brameyası, iri tənək hafı, Oxim qızılı kəpənəyi, Aleksandra sədəllisi, Talış məxməri kəpənəyi və başqa həşəratlara rast gəlmək olar.

Ərazidə suda–quruda yaşayan heyvan növlərindən adi triton, daraqlı triton, Suriya sarımsaqiyli qurbağası, Qafqaz xaclıcası, adi quru qurbağası yayılmışdır.


Milli Parkın ərazisində sürünənlərdən Aralıqdənizi tısbağası, zolaqlı çılpaqgöz kərtənkələ. girdəbaş yovşanlıq kərtənkələsi, xarabalıq kələzi, eskulap ilanı və s. növlər mövcuddur.
Hirkan Milli Parkının ornitofaunasına daxil olan qara leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən və s. quşların adları Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmişdir.


/home/getfile/22304

Talış qırqovulu



/home/getfile/22304

Toğlugötürən


/home/getfile/22304

Porsuq


Ümumiyyətlə, ərazinin bitki aləminin zənginliyi burada çoxsaylı heyvanların yaşamasına imkan yaratmışdır. Parkın heyvanat aləmi çox zəngindir. Burada məməlilərdən bəbir, xallı maral, vaşaq, porsuq, çöl donuzu, cüyür, yenot və s. novlərə rast gəlmək olar.

/home/getfile/22304

Tülkü



/home/getfile/22304

Bəbir

/home/getfile/22304

Cüyür



/home/getfile/22304

Canavar



/home/getfile/22304

Ceyran


Turistlərin nəzərinə: Milli parkın ərazisində (Astara) istirahət üçün Hirkan Turizm İstirahət Kompleksi fəaliyyət göstərir.


Həftə sonunuzu Azərbaycanda gəzməli yerleri kəşf etməyə vaxt ayırmağa hazırsınız? Əmin olun, peşman olmayacaqsınız!

Loading