Niyə yeddi yox, altı ağac – Altıağac indi ölçü vahidi deyil, turizm məkanıdır


Altıağac – Xızı rayonun mərkəzindən 12-14 km aralıda yerləşən bu cənnətməkan dağlar və sıx meşələrlə əhatə olunub. Bu gözəl istirahət məkanının əsirlərə şahidlik edən palıd meşəliyi, başlanığıcını Dübrar dağının 1870 metr hündürlüyündən götürərək Xəzər dənizinə tökül Ataçayı, 500-ə yaxın heyvan növü və daha nələri...

Altağac sözün əsl mənasında bir cənnətdir. Bu sehirli məkanda siz yay sabahlarını qırqovulun banlayışı, qış sabahlarını isə qaratoyuqun pıçıltıya bənzər nəğməsi ilə açacaqsınız. Günün qızmar saatlarında əgər ağacsız yer tapıb səmanı görə bilsəniz çöl qartalının havada süzməsinə tamaşa edərsiniz...

Yəqin adını eşidəndə Sizin də ilk düşündüyünüz bu olub, niyə altı ağac?

Ağac vaxtilə çox işlədilən qədim uzunluq ölçü vahidi olub. Bir ağac təxminən 6–7 km-ə bərabər götürülüb. Altıağac yaşayış məskəninin adının da bu ölçü vahidi ilə bağlı yarandığını düşünməyə əsas verən ən tutarlı fakt odur ki, Şamaxıdan Altıağaca qədər olan məsafə 6-7 ağaca, yəni təxminən 50 km-ə bərabərdir.

Ərazisinin çox hissəsini meşələr təşkil edən Altağac Milli Parkının Giləzi və Xızı arasında yerləşən gilli təpələrinin (Qırmızı dağlar) Yura dövrünün çöküntüləri olduğu guman olunur.

Yaranma tarixi: 31 avqust 2004-ci il
Yerləşməsi: Böyük Qafqazın ətəkləri (Xızı rayonu)
Sahəsi: 11035 ha
Landşaftı: Dağ meşəsi, dağ çəmənlikləri, yarımsəhra, meşə çölü
Rast gəlinən bitki növü: Palıd, vələs, göyrüş, yemişan, zirinc və s.
“Qırmızı kitab”a daxil olan növlər: Qonur ayı, vaşaq, Avropa cüyürü, saqqalı quzugötürən, qara çalağan, ağıriyli ardıc, Qafaz bənövşəsi, itikənarlı süsən və s.
Təbii, tarixi, mədəni yerləri: Ataçay, Bulaqlar: “Soyuqbalıq”, “Bahar bulağı”, “İylibulaq”
Milli Parkın iş vaxtları: 09:00 – 18:00


/home/getfile/32853
Altıağac Milli Parkı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2004-cü il 31 avqust tarixində Xızı və Siyəzən rayonlarının inzibati ərazilərində yaradılmışdır. Milli Park Azərbaycanın şimal-şərqində, Xızı və Siyəzən inzibati rayonlarının ərazisində yerləşir. Altıağac Milli Parkı Altıağac Dövlət Təbiət Qoruğu və ona həmsərhəd olan dövlət meşə fondu torpaqlarının bazasında yaradılmışdır. Ərazisi 11035 hektardır.

/home/getfile/32856
Milli Parkın yaradılmasında əsas məqsəd Böyük Qafqazın cənub-şərq yamaclarının təbii landşaftlarının, flora və fauna növlərinin qorunub saxlanılması, bərpası, təbii komplekslərin mühafizəsinin gücləndirilməsi, ekoloji monitorinqin həyata keçirilməsi, eləcə də, elmi tədqiqatlar, turizm və istirahət (rekreasiya) üçün şəraitin yaradılması və əhalinin ekoloji cəhətdən maarifləndirilməsinin təşkilidir.
2006-ci ildən etibarən Altıağac milli parkının nəzdində Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikası fəaliyyət göstərir. Mərkəz Azərbaycan Respblikasının ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasınıa mənsub olan bölməsində qeyri-qanuni yolla əldə edilmiş vəhşi heyvanların təbiətə uyğunlasdirilması, reabilitasiya keçdikdən sonra yenidən təbiətə buraxılması, bərpası, artırılması, baytarlıq və profilaktika tədbirlərinin keçirilməsi sahəsində fəaliyyət göstərən orqandır.

/home/getfile/22304

Canavar


/home/getfile/22304

Ayı


Milli Parkın ərazisinin çox hissəsini meşələr əhatə edir. Burda qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə, qəhvəyi dağ-meşə, bozqırlaşmış dağ-çəmən və s.torpaq tipləri yayılmışdır. Buradakı meşələri əmələ gətirən əsas ağac növləri Qafqaz palıdı, Qafqaz vələsi, Şərq fısdığı, adi göyrüş, itiyarpaqlı ağcaqayındır. Ərazidə yemişan, böyürtkan, əzgil, qaratikan, itburnu və s. kimi kol bitkiləri üstünlük təşkil edir.

/home/getfile/22304

Əzgil ağacı


/home/getfile/22304

Qaratikan


Altıağac Milli Parkının ərazisində məməlilərdən cüyür, qonur, ayı, çöl donuzu, vaşaq, yenot, dovşan, tülkü, dələ, canavar, quşlardan, qırqovul, alabaxta, bildirçin, çobanaldadan, çöl qartalı, kəklik, qaratoyuq və s.növlərə rast gəlinir.

/home/getfile/22304

Xınalı Kəklik


/home/getfile/22304

Bildirçin


/home/getfile/22304

Çöl donuzu


/home/getfile/22304

Yenot


Turistlərin nəzərinə: "Xələc-Qizılqazma – Xələc”, “Baxışlı – Bəyəhmədyurd – Vərdah” və “Qədim Xırək” marşurutları boyunca Milli Parkın daxilində yerləşən kənd əhalisinin həyat tərzi ilə tanışlıq mümkündür.

K


Loading