Qubada - Xınalıqda olmağınız üçün 5 səbəb

/home/getfile/22304

Xınalıq

Bu yay "KƏNDƏ" gedək!


Gəzib görməyi, istirahət etməyi, hər kəsə tövsiyyə edəcəyimiz, adı dillərə dastan olan, ruhumuzun qidası doğma kəndlərimiz.
Yurdumuzun ən böyük neməti onun insanlarıdır. Azərbaycanda müxtəlif xalqlar, millətlər və etnik qruplar yaşayırlar. Hamısı da bu vətənin bərabərhüquqlu, doğma övladlarıdır. Onların öz dili, öz mədəniyyəti, öz mətbəxləri ilə seçilən bu etnik qrupların məskunlaşdığı yazı, yayı, qışı, baharı gözəl olan kəndlərimizə gəlin birgə səyahət edək.

/home/getfile/22304

Xınalıq

Dünyanın hər yerindən bu kəndi görməyə gəlirlər


Xınalıq dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir. Dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən kənd 5000 illik tarixə malikdir. Kənd, Bakı şəhərindən 225 km məsafədə, Quba şəhərindən isə 57 km cənub-qərbdə yerləşir. Kəndin adının onun tarixi ilə heç bir əlaqəsi yoxdur. Xınalıq adı günəş çıxanda onun qarşısında yerləşən dağın rənginə uyğun verilmişdir. Kəndə yerli əhali öz dilində Kətiş deyir. Azərbaycanın müxtəlif bölgələrindən, hətta dünyanın müxtəlif ölkələrindən də bu kəndi görməyə gələnlərin sayı artır.

/home/getfile/22304

Xınalıq

Təbiətin özünəməxsus gözəllik bəxş etdiyi kənd


Təbiət bu yurda özünəməxsus gözəllik bəxş edib. Avropanın ən yüksək yaşayış məskənlərindən olan Xınalığın başının üstü, demək olar ki, ilboyu buzlaqlarla örtülü olur.
İlin çox vaxtı Xınalığa getmək mümkün olmur. Çox zaman qar artıq payızda, sentyabr ayında yağmağa başlayır. Qışda isə temperatur -21 dərəcəyə qədər enə bilir.
Sərt hava şəraiti nəticəsində təkcə yol bağlanmır, həm də icmanın iqtisadi baxımdan əsas sütununu təşkil edən çobanlar qoyun-quzularını aşağı, daha isti ərazilərə köçürməli olurlar.

/home/getfile/22304

Xınalıq

İlin çox vaxtı yolları keçilməz olan kənd


Təmiz havasına görə Xınalıq həm də uzunömürlülər məskəni hesab edilir.
Avqust ayı Xınalıqda bal mövsümünün başlanğıcı qeyd edir. Yerli bal unudulmaz dadı və iyi ilə fərqlənir. Yerli insanlar deyirlər ki, Xınalıq balı bir çox xəstəliklərin müalicəsi üçün vasitədir. Payızda isə keçi əti mövsümünü xüsusi zövqlə qeyd edirlər.

/home/getfile/22304

Xınalıq

Balı bir çox xəstəliklərin müalicəsi üçün vasitədir


Kəndin ətrafında çox sayda bulaqlar və mağaralar var. Kənddən 14 km məsafədə isə Şah yaylağı yerləşir.
Xınalıqdan 7 kilometr məsafədə olan Tufandağın ətəyində 3500 metr hündürlüyündə 3 müxtəlif göl yerləşir. Göllər bulaq suyu və qar hesabına yaranıb. Amma göllərin arasındakı gözəgörünməz əlaqə onların birləşmiş qablar kimi eyni səviyyədə qalmasına səbəb olur.

/home/getfile/32046

Xınalıq

Bənzərsiz dili olan, bənzərsiz məkan


Xınalıq öz dili olan yeganə kəntdir. Ancaq UNESCO bu dili ciddi təhlükə altında olan dillər siyahısına daxil edib. Artıq Xınalığın özündə belə bu dildə çox az adam danışır. Ancaq, dilin həyatda qalmasına ümid var. 300 şagirdi olan Xınalıq orta məktəbində Azərbaycan və ingilis dillərindən başqa Xınalıq dili də keçilir.

/home/getfile/32080

Xınalıq

Bəxt açan kənt


Xınalığın qəribə aurası var. Kəndə səyahət edənlər də sanki burda doğmalaşdırır. Xınalıq səyahəti zamanı tanış olan, münasibət quran və münasibətlərinin davamlılığını saxlayan neçə neçə insanlar, hətta bəxti açılıb ərə gedən qızlar var. Adını açıqlamamızı istəməyən Azərbaycanlı xanım: “ Mən 2012-ci ildə Çinli həyat yoldaşımla Xınalıqda tanış oldum. Orda Çin dilindən Azərbaycan dilinə və əksinə tərcümə edib, turistlərin suallarına Xınalıq sakinlərindən cavab almaq üçün yardımçı oldum. Burda doğmalaşdıq və bu münasibətlərimizi davam etdirdik. Sonu evliliyə gətirən bu münasibətdən hazırda 2 qızımız var. Biz Amerikada yaşasaq da Azərbaycana gəldiyimizdə mütləq Xınalığa gedirik. Rəfiqələrim bütün subay qızlara bu kəndə getməyi məsləhət görür və kəndə “Bəxt açan kənt" deyirik.

/home/getfile/22304

Xınalıq

Açıq səma altında muzey

Xınalıqda kəndin müxtəlif inkişaf mərhələlərinə aid arxeoloji və etnoqrafik materiallar, xalçalar, gil və mis qablar, daş kitabələr, kitablar və daha bir çox əsyalar var. 12-ci əsr məscidi, 15-ci əsr məscidi və dağlar arasında bir neçə qədim qəbiristanlıq kimi tarixi yerlər vardır. Erkən insanların bir çox qədim müqəddəs mağarası vardır. Xınalığın sakinləri ənənəvi həyat tərzini qoruyub saxlamışlar. Toy, yas və digər mərasimlər, bir nəsildən digərinə miras qalan ayinlərlə ciddi şəkildə keçirilir.
Amma burada olan memarlıq abidələri arasında məscidlərin xüsusi yeri var.
Cümə məscidi Xınalığın ən böyük tikililərindəndir. Kənddə Şeyx Salbuzbaba məscidi, Qəmik məscidi, Cabbar baba piri, Möhüc baba piri, Xıdır Nəbi piri və Qüllə pirləri vardır.
Bu yerlər müqəddəsləşdirilmiş ziyarət yerləridir. Xınalıq ərazisində 31 türbə və ziyarətgah vardır. Onların 16-sı İslam dövrünə aiddir, qalanı isə islamaqədərki inanclarla bağlı olub və əhali tərəfindən qorunub saxlanmışdır.


/home/getfile/22304

Xınalıq

Tariximizin canlı bir parçası


Burada fərqli toxuculuq texnikasınan istifadə olunur. Xınalıqda yun ilə toxunan şallar bütün regionunda məşhurdur.
Xınalıq Azərbaycanın qədimliyinin notlarını, arxaik çalarları özündə yaşadan tarixi yurdlarındandır. Dağlar zirvəsində yerləşən Xınalıq obası özündə ucalığı, böyüklüyü, mərdliyi və dəyanəti qoruyur. Tariximizin isə canlı bir parçasıdır Xınalıq.


Terra Travel - Dünyanı bizimlə kəşf edin!

Loading