Zövqlə uzun yürüşlər edə biləcəyiniz 8 romantik şəhər

Tacmahal

Zövqlə uzun yürüşlər edə biləcəyiniz 8 romantik şəhər...


Sevgilinizlə elə bir tətil keçirməlisiniz ki, addım-addım şəhəri kəşf edərkən romantik abu-havanın da sizinlə olduğunu duyasınız. Nə qədər gəzib dolaşsanızda hec yorulmamalı, keçdiyiniz hər küçədə, hər döngədə özünüzdən bir şeylər tapmalısınız.
Bax belə nağıl kimi səyahət planınız varsa və bu hansı şəhərdir deyə düşünürsünüzsə sualınızın cavabını bu materialda tapacaqsınız. Beləliklə zövqlə səyahət edə biləcəyiniz dünyanın ən romantik şəhərlərindən sualınıza cavab var! Otel rezervasyalarınızı elə indidən etməyiniz məsləhətdir, çünki romantik cütlüklərin hər addımında xoşbəxt olacağı sevgi dolu şəhər sizi gözləyir.


Tacmahal

Bir sənət Romantikası Barselona…


Barselona, dahi memar Gaudinin şəhəri…
Barselona deyəndə Gaudi, Gaudi deyəndə isə ağıla Barselona gəlir. Məşhur arxitektor Antoni Gaudinin Barselona üçün yaratdığı unikal memarlıq abidələri bu şəhəri onun adı ilə bağlayır. Bu məşhur arxitektorun yaratdığı unikal memarlıq abidələri sizi valeh edəcək. Məsələn, YUNESKO-nun Dünya İrs Siyahısı kimi qorunub saxlanan “Casa Mila”, məşhur memarın son işi olduğu üçün bu abidəyə fərqli bir münasibət var. Tez-tez "La Pedrera" adlandırılan “Casa Mila” ispan dilində "Mila evi" deməkdir. Barselonaya səyahət edərkən Passieg de Graciadadan 5 dəqiqəlik məsafədə yerləşən “Cassa Battlo” və “Casa Mila”ya mütləq baş çəkin. Yolunuzun üstündə yerləşən Ledrayı görüb, oradan da Barselonanın rəmzi Sagra fe Familiaya da gedə bilərsiniz. Hətta gəzintinizə Guel Parkı ilə başlaya bilərsiniz. Bir sözlə getmək istədiyiniz hər yerə yorulmadan çata biləcəyiniz Barselonanı mədəni yöndən kəşf etmənin romantikasını yaşa bilərsiniz.


Barselona turuna nəzər yetirin


Tacmahal

Cökə ağacları kölgəsində Berlin…

​​Küçələri daim işıqlı, insanlarla dolu, geniş Berlini əl-ələ kəşf etməyi çox sevəcəksiniz.
Muzeylər adasına baş çəkdikdən sonra, Bradenburq Darvazasına getmək mütləqdir. Elə burda sizi piyada yürüş edə biləcəyiniz möhtəşəm bir yol gözləyir. Cökə ağaclarının kölgəsində gedəcəyiniz bu möhtəşəm yolda yolüstü baş çəkə biləcəyiniz kafelərə, şəkillərini çəkməyə doymayacağınız binalara, bir-birinizə ya da sevdiklərinizə hədiyyələr ala biləcəyiniz mağazalara rast gələcəksiniz. Əminliklə deyə bilərik ki, Berlini sizin üçün unudulmaz edən yerlərdən biri də elə sevgilinizlə uzun uzadı əl-ələ yürüş edə biləcəyiniz bu yol olacaq. Bura “Unter den Linden” adlanır.

Praqa Berlin turuna nəzər yetirin

Tacmahal

Evlənmə təkliflərinin mərkəzi New Orleans…


New Orleans həm səhər, həm də axşam romantik gəzintilərinizə qapı açacaq əfsanəvi bir şəhərdir. Festivalları, gecə həyatı, fərqli mətbəxi və məhşur Bourbon küçələrində unudulmaz səyahət edəcəyinizə əminik. Sizi hər addım başı fərqli musiqilərləqarşılayan, kiçik və rəngli evlərin əhatəsində yürüş etmək dünyaca məhşurdur. Bu küçənin ən məhşur xüsusiyyətləridən bir də tez-tez romantik evlilik təkliflərinə şahidlik etməsidir.

Tacmahal
Sevginiz qədər böyük göydələnlərin arasında yox olmaq –Çikaqo…

Çikaqonun nəhəng binaları arasında yox olduğunuzu düşünün. İşıqlı küçələri kəşf edərkən, çoxluğa qarışıb əyləncəli vaxt keçirdiyinizi, qarşınıza çıxan Amerikanın ən hündür binası “Willis Towerin” 103-cü mərtəbəsindən Çikaqonu ayaqlarınızın altında qaldığını düşünün. Bütün şəhər sanki sizindir! Bu göydələnlərdən baxdıqda az əvvəl gəzdiyiniz yolları görmək mükəmməl bir hissdir. Yaxud mərkəzdə yerləşən Michigan gölü sahilində günün batmasını izləmək, ya da özünüzü yol kənarındakı çimərliklərin sərin sularına qərq edib bu romantic abu-havadan zövq almaqdır.

Tacmahal

Şəhərin mərkəzində təbiət sevgisi-London…

Əgər Londona getmək planınız varsa, yaxud artıq qərar vermisinizsə bu əladır! Çünki, sevgilinizlə gəzərək kəşf edə biləcəyiniz ən gözəl yerlərdən biri Hyde Parkdır. Yamyaşıl yolların və yaşıllıqların arasında sincablarla bərabər təbiət gəzintisi ruhunuzu oxşayacaq. Elə burada yerləşən The Serpetine gölü sahilində olan kafelərdən birində kofe içdikdən sonra quşların cəh-cəhələri altında gəzintinizə davam edə bilərsiniz. Bundan başqa Londonda yerləşən Hyde Park kimi bir çox parkları gəzə bilərsiniz, ancaq görə biləcəyiniz ən gözəl parkı gəzdiyinizə görə istiqamətinzi Londonun möhtəşəm küçələrinə çevirəcəksiniz.

Tacmahal

Adətə çevrilmiş gəzinti istiqaməti New York...


New York - adı belə insanı həyəcanladırmağa yetir. Bir də şəhərin hər qarışını sevdiyinizlə gəzdiyinizi düşünün. New Yorku gəzməyin ən yaxşı yolu elə piyada gəzintidir, çünki tıxac sizi yora bilər. Küçələri gəzərkən ayaqlarınız sizi Empire State binasına aparacaqdır. Balkondan izləyəcəyiniz New Yorkun işıqları sizə unudulmaz atmosfer yaşadacaqdır. Endiyinizdə isə Central Parka getməlisiniz. Hər fəsil möhtəşəm olan bu parkda gəzinti inanılmazdır.

Tacmahal

Terotuarlardan sızan Məhəbbət- Paris...

Paris - heç bir başlığa ehtiyac yoxdur, çünki romantik gəzinti dedikdə ağla ilk gələn elə bu şəhərdir. Yəqin ki, sizin də gözləriniz Parisi axtarıb. Təbii ki, biz də bu şəhər haqqında yazmağı unutmamışıq. Ancaq Parisdə romantik gəzinti dedikdə düşünülən Eyfel Qülləsi olsa da biz ən az onun qədər romantik, möhtəşəm küçələrindən danışacağıq. Hər küçə başında zövqünüzü oxşayacaq küçə musiqilərinə qulaq asarkən edəcəyiniz gəzinti sizə unudulmaz xatirələr bəxş edəcək. Bu arada Seine gölünü də unutmayaq. Sevdiyinizlə bu gölün sahilində gəzmək belə dünyanın ən gözəl səhnələrindən biridir.

Paris turuna nəzər yetirin

Tacmahal

Körpü üstündə iki nağıl qəhrəmanı-Roma...

Və sonda bizə görə romantik şəhər olması baxımından Parislə, gəzinti üstünlüyü baxımından da Barselonayla yarışa bilən Romadan danışmaq istərdik. Sant-Angelo qalasına gedən körpüdə yavaş-yavaş gəzən cütlüklər tez-tez gözə çarpır. Körpü, işıqların göldə əks olunması, sağda, solda körpünü qoruyan mələklər və qarşınızda dayanan qala mənzərəsi ilə Roma səyahəti zövqlü edən şəhərlərdəndir. Aşiqlər təpəsi olaraq bilinən Janiculumaya baş çəkmək və son olaraq Trevi eşq bulağından sonsuzluğunuz üçün dilək tutmaq da Romada ediləcək unudulmaz xatirələrdən biridir.

İtaliya turuna nəzər yetirin

Loading