TERRA TRAVEL - ERKƏN REZERVASİYA BAŞLADI !!!




Son vaxtlar ölkəmizin turizm ədəbiyyatında erkən rezervasiya anlayışı tez-tez istifadə edilməyə başlayıb. İnkişaf etmiş ölkələrdə isə erkən tətil sifarişləri 20 il bundan əvvəllərə təsadüf edir. Erkən rezervasiyanı hər il dekabrın sonundan başlayaraq aprelin ortalarına qədər davam edən “tətil endirim günləri” adlandırmaq olar. Bu zaman aralığında turizm şirkətləri, otellər, müştərilərə cəlbedici endirimlər təklif edirlər.
Öz məzuniyyətini əvvəlcədən planlaşdıran turistlər erkən rezervasiya zamanı turun dəyərinin 50% -ni qənaət edə bilərlər. Erkən rezervasiya — yalnız real qənaət deyil, bu həm də istirahət mövsümündə boş yerləri olmayan məşhur otellərdə otaqlar tapmaq imkanıdır.

Tacmahal

Yanvar - 50%; Fevral - 40%; Mart - 30% endirimdən yararlanın!


Erkən rezervasiya müddətində əvvəlcədən planlaşdırılan səyahətin tarixini, yerini, tur-paketini və otelini təyin edib ödənişlərin tam və ya müəyyən bir hissəsini ödəməklə sifariş etmək mümkündür. Sifarişlərin mümkün qədər tez verilməsi xərclərin daha az olmasını təmin edərək, vaxta və cibə qənaət etmək imkanı yaradır.

Tacmahal

Aviabilet+transfer+sigorta


Bəzən 6 ay əvvəldən səyahəti planlamaq, dəqiq vaxtı müəyyənləşdirmək insanlara çox çətin görünür. Forsmajor hallar, məzuniyyətlə rezerv olunan səyahət tarixlərinin üst üstə düşməməsi və s. kimi bəhanələr həmişə ola bilər. Məsələn, məzuniyyət vaxtını dəqiqləşdirmək üçün işlədiyiniz müəssisənin rəhbərliyinə yazılı müraciət edib erkən sifariş etdiyiniz tətil günləri üçün məzuniyyət götürəcəyinizi və həmin günlərin məzuniyyət qrafikində qeyd edilməsini xahiş edə bilərsiniz. Forsmajor hallar isə səyahətə çıxmazdan bir həftə, bir gün, hətta bir saat əvvəldə ola bilər. Odur ki, bu tipli bəhanələr Sizi yay tətilindən, istirahətdən uzaqlaşdırmasın, erkən rezervasiya ilə 50%-ə qədər olan endirimlərdən faydalanın.

Tacmahal

Cəmi 30% ilkin ödəniş


Əgər rezervasiya etməkdə, ölkə və otellərin seçimində çətinlik çəkirsinizsə bizə, “Terra Travel” turizm şirkətinə müraciət edə bilərsiniz. 9 ilə yaxın təcrübəmizə əsaslanaraq deyə bilərik ki, biz Sizin istəklərinizə, tələblərinizə və büdcənizə uyğun ən münasib təklifləri təqdim edəcəyik. Göstərdiyimiz xidmətlər müqabilində mənfəətimiz müştərilərimizdən deyil, işlədiyimiz otel və operatorlardan formalaşır.

Tacmahal

Odur ki, sizin üçün hər zaman münasib bir təklifimiz var. Gəlin dünyanı birlikdə kəşf edək!


Loading