SAF EŞQİ SİMVOLLAŞDIRAN MÖHTƏŞƏM TÜRBƏ, TAC MAHAL

Tacmahal

TAC MAHAL“DÜNYANIN YEDDİ MÖCÜZƏSİ”NDƏN BİRİ

Tac Mahal abidəsi Hindistanın və bəlkə də dünyanın ən gözəl arxitektur abidəsidir. Türk memarlarının yaratdığı hündürlüyü 82 metr olan bu tikili Hindistanın Agra şəhərində Yamina çayının vadisində ucaldılmışdır. 1983-cü ildə Tac Mahal YUNESKO tərəfindən “müsəlman incəsənətinin mirvarisi, bütün dünyanın heyran qaldığı şedevrlərdən biri” qismində “Dünya İrsi” siyahısına salınmışdır.

Qoa - Hindistan, Dehli turuna nəzər yetirin
Tacmahal

RƏQİBLƏRİ: Böyük Çin səddi, Nyu-Yorkdakı Azadlıq abidəsi, Eyfel qülləsi, İordaniyadakı Petra şəhəri, Moskvadakı Vasili Blajennı kilsəsi və Roma Kolizeyidir.

Bu gün Pakistanının ən çox turist cəlb edən yerlərindən biri olan Lahur sarayı, həmin şəhərdə dünyanın ən geniş və yaraşıqlı Padşah məscidi, Aqra,Dehli, Heydərabad və digər şəhərlərdəki saray və camelərin hər biri ayrılıqda memarlığın şah əsərləridir. Ancaq yer üzündə heç bir türbə, heç bir memarlıq əsəri Tac Mahal qədər gözəl, möhtəşəm və məşhur deyildir. Onun ağ mərmərdən hazırlanmış və qadın formasını xatırladan 1 böyük 4 kiçik minarəsi göylərə ucalır. Qübbənin üzərindəki qızıl aypara bu yüksəkliyi daha da artırır. Türbənin parlaq ağ mərmərdən dörd minarəsi də var.

Qoa - Hindistan, Dehli turuna nəzər yetirin
Tacmahal

TURİSTLƏRİ CƏLB EDƏN SEVGİ HEKAYƏSİ


Milyonlarla turisti cəlb edən yalnız Tac Mahalın xarici gözəlliyi deyil, eyni zamanda onun çox kövrək sevgi hekayəsidir. Bu Məbəd deyilənlərə görə çox saf sevginin nəticəsində yaranmışıdır. Bu movzoley boyuk Monqol şahı, müsəlman Cahan Şah tərəfindən həyat yoldaşı, gözəllər-gözəli olan Mumtaz Mahala olan sevgisinin sübutudur. Yəqin ki, Cahan Şahın həyat yoldaşına qarşı hiss etdiyi dəlicəsinə məhəbbəti olmasaydı bəlkədə bu məkan adını belə bilmədiyimiz bir torpaq sahəsi olaraq qalacaqdı.

Qoa - Hindistan, Dehli turuna nəzər yetirin
Tacmahal

HƏQİQİ AŞİQİN SEVGİ TÜRBƏSİ


XVII əsrin əvvəllərində Cahan Şah Mumtazla evlənir, baxmayar ki, onun da bütün şərq hökmdarları kimi hərəmxanası var idi, o yalnız Mumtazı sevirdi, onlar arasında zərif sevgi yaşayırdı. Şahın isə cəmi 19 yaşı var idi. Cahan şahın arvadı Ərcümənd banunun gözəlliyi, zəkası, yaxşı əməlləri ilə bütün imperatorluğun könlünü fəth etmiş, ən çox seçilən sultan idi. Cahan şah çox sevdiyi arvadını getdiyi hər yerə aparır, onun fikirlərini, zövqünü əsas götürürdü.

Qoa - Hindistan, Dehli turuna nəzər yetirin
Tacmahal

Mümtaz Mahal və Cahan şahın qəbrləri üst qatdadır


Mumtaz Sultan öz hökmdarına 8 oğul, 6 qız övladı bəxş etmişdi, lakin 14- cü uşaq düynaya gəldikən az sonra vəfat etmişdir. Bu hadisədən sonra Şah uzun müddət özünə gələ bilməmiş birdən-birə saçları tamamilə ağarmışdı. O ölkədə iki illik matəm elan edir- oxumaq oynamaq bayram etmək qəti qadağan idi. Sonradan Monqol xanlığının o zamankı paytaxtı Aqrada Cahan Şahın sevgilisinin gözəlliyini əks etdirə biləck sarayın inşasına başlanır. Öz ölçüsünə və gözəlliyinə görə dövrünün bütün saraylarından fərqlənən bu sarayın tikintisi düz 20 il çəkmişdir. onun tikintisində 20mindən çox insan işləmiş, o cümlədən Türkiyə, Hindistan, Səmərqənd və Misirdən ən bacarıqlı memar və arxitektorlar cəlb edilmişdir. Tac - Mahal üzərində müxtəli ərəb yazıları və Qurani- Kərimdən bir neçə ayə də yazılmışıdr. Onun ətrafında isə ümumi sahəsi 18 hektar olan gözəl parklar salınmışdır. Şah Cahan düşünürdü ki, Tac-Mahalla düz üzbəüz Qara mərmərdən eyni Tac-Mahal kimi daha bir abidə ucaltsın və burada özü dəfn edilsin. İki Saray bir-biri ilə Körpü ilə birləşsin. Lakin Onun ömrü buna vəfa etmədi. Dünyasını dəyişdikdən sonra və öz sevgilisinin yanında Tac-Mahalda dəfn edilir.

Qoa - Hindistan, Dehli turuna nəzər yetirin
Tacmahal

Yüz minlərcə əqiq, sədəf, firuzə qoyulmuş divarlarında 42 zümrüd, 142 yaqut, 625 brilyant, 50-dən çox böyük inci vardır.

Sənət əsəri kimi ayrıca bir xəzinə olan Tac Mahalın divarları həqiqi xəzinə daş-qaşlarıyla örtülüdür. Yüz minlərcə əqiq, sədəf, firuzə qoyulmuş divarlarında 42 zümrüd, 142 yaqut, 625 brilyant, 50 çox böyük inci vardır. Türbənin tikintisi üçün 47 milyon qızıl lirə xərclənmişdir və divarlardakı cəvahiratlar buna daxil deyildir. Hündürlüyü 75 metrə çatan, ağ və çəhrayı mərmərlərdən tikilmiş 4 minarəli bu abidə, tərəflərinin mütənasibliyi, ideal simmetriyası və hədsiz gözəlliyi ilə insanları valeh edirdi. Hətta İstanbuldakı möhtəşəm Süleymaniyyə Camisi üçün 19 milyon qızıl lirə xərcləndiyini söyləsək, Tac Mahal üçün necə böyük bir fədakarlıq göstərildiyi daha yaxşı anlaşılır.

Qoa - Hindistan, Dehli turuna nəzər yetirin

Tacmahal

BƏLKƏDƏ DÜNYA BELƏ BİR ƏSƏRİ BİR DAHA GÖRMƏYƏCƏK

Qeyd: “The Telegraph”ə görə Tac Mahalı yaxın 5 il ərzində çökmə təhlükəsi gözləyir. Belə ki, Yamina çayında suyun səviyyəsinin azalması nəticəsində kompleksin təməlindəki taxtalar qurumağa başlamışdır. Odur ki, hüzünlü bir eşq hekayəsi olan, dünyada eşq üçün edilmiş bu gözəl abidəni görməyə tələsin!
Bəlkədə dünya belə bir əsər bir daha görməyəcək.

Qoa - Hindistan, Dehli turuna nəzər yetirin


Terra Travel - "Dünyanı bizimlə kəşf edin!"


Loading