Tətilə çıxmazdan öncə...


Səyyahətə çıxmazdan əvvəl bunlara diqqət edin.

Gözünüzün arxada qalmayacağı dinc bir tətilə getmək üçün həm təhlükəsizliyiniz, həm də konfortunuz üçün çox iş görməlisiniz. Əlbəttə, istirahət üçün gedəcəyiniz tətilə hazırlıq prosesi də ayrı bir yorğunluğa səbəb ola bilər. Amma səfər zamanı, heç nəyi unutmadığınızı, çantanızda hər şeyin olduğunu və geri dönəndə evinizi təmiz görmək heç də pis olmaz.

Tətilə çıxmazdan əvvəl nəyə diqqət etməlisiniz?

Ola bilsin ki, evdə heyvan saxlayırsınız, yaxud evinizdə tez-tez sulanması lazım olan bitkilər var. Bu vəziyyətdə heyvanınızı və bitkilərinizi bir dostunuza əmanət etməli, yaxud evinizin ehtiyat açarını ona etibar etməlisiniz. Əlbəttə, həmin adama evdən hər çıxışında təhlükəsizlik məsələlərinə xüsusi diqqət etməsini ciddi-ciddi xatırlatmalısınız.

Təhlükəsizlik tədbirləri

Uzun müddət boş qalan evlər oğruların diqqətini çəkə bilər. Buna görə, daşınması mümkün olan qiymətli əşyaları (pul, ləl-cəvahirat, kredit kartı kimi) tətilə gedərkən evdə qoymamağınız məsləhətdir. Evinizin qapısının və pəncərələrinin sağlam olduğuna, çöldən asanlıqla açılmadığına əmin olun. Bəlkə sizə paranoyal görünəcək amma üzərində çalışdığınız əhəmiyyətli bir layihə varsa, səfərdən qayıdanda əməyinizin boşa keçdiyi kimi pis surprizlə qarşılaşmaq istəmirsinizsə tətilə gedərkən kompüterinizi, yaxud faylları özünüzlə götürün. Digər tərəfdən, qəza riskinin qarşısını almaq üçün tətilə çıxmadan əvvəl elektrik, təbii qaz və su qurğularını bağlayın.

Təmizlik

Tətilə getməzdən əvvəl evdə ümumi bir təmizlik işləri görün. Döşəmənin silinməsi, yatağ üzlərinin dəyişdirilməsi, hətta çox titizsinizsə şüşələrin silinməsi də bu təmizliyə daxil ola bilər. Bu, qayıdanda evə daha rahat adaptasiya olmanızı təmin edəcək. Kim xoşbəxt və sakit keçən bir tətildən sonra evinə qayıdıb təmizlik işləri görmək istəyir ki? Ona görə də qayıdanda həyatınıza konsentrə olmaq, başqa işlərinizə diqqət ayırmaq üçün mühitinizi getməzdən əvvəl hazırlayın.

Uzunmüddətli və davamlı tətillərdə təmizliklə əlaqədar ən çox diqqət edilməsi lazım olan mövzu evdəki qidalardır. Əgər evdən çıxmamış zibil qablarını boşaltmamısınızsa qısa müddət ərzində evinizdən bərbad iylər gəlməyə başlayacaq. Bundan başqa soyuducuda siz qayıdana qədər xarab ola biləcək nəsə varsa, ya istifadə etməli, ya da kiməsə verməlisiniz.

Təyyarə ilə səfər edəcəksinizsə üşüyə bilərsiniz

Əgər təyyarə ilə səfər edəcəksinizsə aeraportda, təyyarə kimi qapalı məkanlarda ventilyasiya və soyutma sistemlərinin çalışdığını unutmayın. Yayın ən isti vaxtında belə təyyarənin içində üşüyə biləcəyinizi nəzərə alıb özünüzlə yüngül üst geyimi götürün. Xüsusilə 2-3 saatdan uzun uçuşlarda, soyuğa qarşı həssas bir bədənə sahibsinizsə, özünüzü yaxşı qorumanız üçün bunu unutmayın.

Tez-tez istifadə etdiyiniz dərmanları özünüzlə götürün.

Tətildəykən gərgin halda aptek axtarmaq istəmirsinizsə, xüsusilə baş, boğaz və mədə ağrısı kimi tez-tez rastlaşdığınız ağrılara qarşı istifadə etdiyiniz ağrıkəsiciləri yanınızda götürməniz çox yaxşı olar. Digər tərəfdən, yanınızda ülgüc, təraş maşını daşımaq istəmirsinizsə tətilə çıxmadan əvvəl fərdi baxımınızı edin. Diş fırçası və pastasını da özünüzlə götürməyi unutmayın. Tətilə gedərkən yanınızda mütləq nağd pul olmalıdır. Belə bir deyim də "var tətilə gedərkən götürməyi düşündüyünüz paltarların yarısını, pulun isə iki qatını götürün". Kredit və ya bank kartınız varsa pin kodunu xatırladığınızdan əmin olun. Gedəcəyiniz bölgədə hansı bankların xidmət verdiyini öyrənmək şansınız olsa və əgər sizin bankınız da orada xidmət verənlər arasındadırsa, üzərinizdə çox nağd pul daşımayın. Bir sözlə, tətil zamanı pulsuz qalma ehtimalınızı zəmanət altına alın.

Pulunuzu tək bir pulqabıda daşımayın

Əgər tətilə gedərkən yanınızda olan nəğd pulu tək bir pulqabıda daşıyırsınızsa, pulqabınızı unutmaq və ya oğurlanmaq kimi problem yaşasanız çətin vəziyyətdə qala bilərsiniz. Əlbəttə ki, sonradan pul əldə etmək imkanınız olsa da bir müddət idarə edəcək əlavə pulunuz olması sizi qismən rahatlaya bilər. Odur ki, əlinizdəki nağd pulun bir miqdarını başqa bir çantada daşımaq, bəlkə bir gödəkcənin və ya şalvarın cibində gizlətmək köməyinizə çata bilər.

Xarici ölkələrdə səfərdə olarkən pasportunuzu, ölkə daxilində səyahət edirsinizsə şəxsiyyət vəsiqənizi yanınızda götürməyi unutmayın. Həmçinin, sürücülük vəsiqənizi, tələbəsinizsə tələbə biletinizi, səyahət sığortanız varsa sığortanızı, xəstəxanalarda daha az ödəniş etmək üçün bir ictimai təhlükəsizlik sənədiniz varsa onu da hər ehtimala qarşı yanınızda saxlayın. Səfər üçün rahat paltarları və rahat ayaqqabıları seçmək çox vacibdir. İdman ayaqqabısı olması şərt deyil, üstündə uzun müddət dura biləcəyiniz bir cüt ayaqqabı və tərləyərkən, üşüyərkən büküləbiləcəyiniz bir geyiminizin olması sizə rahatlıq verəcək.

Çamadanınızın və pasportunuzun itmə və dəyişik düşmə ehtimalını nəzərə alıb fotoşəklini çəkin. İtirdiyiniz çamadanı nə qədər yaxşı təsvir etməyə çalışsanızda, fotoşəkilini göstərdiyiniz qədər aydın və dəqiq ola bilməz. Pasportunuzun, xüsusən də viza səhifəsinin fotoşəkli telefonunuzda olarsa, yalnız yolda deyil, həm də səfər zamanı rahat olarsınız.



Telefonu itirmək isə istirahəti bərbad etməkdir.
Xoş istirahətlər!


Terra Travel- İstirahətiniz üçün doğru çözüm!


Loading