Səyahəti sevənlər üçün - 10 qızıl məsləhət!


Kim səyahəti sevmir ki?! Gəzintinizin daha maraqlı və yaddaqalan olmasını istəyirsinizsə Sizə 10 qızıl məsləhətimiz var.



1. Səyahətdən əvvəl gedəcəyiniz ölkə haqqında məlumatlı olmağa çalışın.

Ölkənin bütün tarixini və şəhərlərini əzbərləməyə ehtiyac yoxdur, amma gedəcəyin yer haqqında nəsə bilmək hər zaman xoşdur. Misal üçün – “Yerli insanların məşğuliyyəti nədir?”, “Mədəniyyətləri nədir?”, “Restoranlarda “çay pulu” qəbul edilir, yoxsa bu sizə xidmət edən işçinin xətrinə dəyə bilər?” və sair.

2. Kiminsə fotosunu çəkməzdən əvvəl icazə alın.

Bu, çox vacibdir. Həm də ona sayğı ilə yanaşdığınızın əyani göstəricisidir. Bəzi ölkələrdə hesab edirlər ki, insan foto çəkdirəndə ruhunun bir hissəsini itirir. Başqa ölkələrdə isə insanlar fotolarının çəkilməsi müqabilində sizdən pul gözləyə bilər.

3. Ən çox istifadə edilən bir neçə söz öyrənin.

Əvvəla ona görə ki, kiməsə fikrini izah edə bilməməkdən çətin situasiya yoxdur. İkincisi isə, həmin ölkənin vətəndaşı turistin bu dilə sayğı ilə yanaşmasını yüksək qiymətləndirəcək. Hətta "salam", "sağol", "təşəkkür edirəm" kimi sözlər də sizin xarici mədəniyyətə dəyər verməyi bacaran biri olduğunuz anlamına gəlir.

4. Yerli məhsullar alın.

Xarici ölkədə pafoslu və qlamur suvenirlər almağa çalışmayın. Ən yaxşısı yerli adamların əl işləridir. Birincisi ona görə ki, bu unikal əl işi olacaq. Əl işi hər zaman konveyerdən çıxan oxşar məhsullardan dəyərlidir. Həm də yadda saxlayın ki, kəndlər və balaca şəhərlərdə sizin xərcləyəcəyiniz pula daha çox ehiyac var, nəinki suvenir köşklərində.

5. Yerli əhalinin evlərində qonaq olun.

Dəbdəbəli otel hər yerdə var, lakin kiminsə evində qonaq olmaqdan gözəl təəssürat heç vaxt yaşaya bilməzsiniz. İstədiyiniz zaman pul xərcləyib oteldə qala bilərsiniz. Ancaq bir romalının və ya parislinin evində qonaq olmaq sizdə daha yaddaqalan təəssüratlar yaradacaq. Orada dost qazanmaq, yerli insaların həyat tərzi, mətbəxləri haqqında məlumat əldə etmək üçün bundan gözəl şans yoxdur.

6. Yerli mətbəxin dadına baxın.

Yəqin ki, səyahət etdiyiniz ölkədə də ənənəvi fast-fud qidaları yemək barədə düşünmürsünüz. Yerli restoranlardan və ya küçədə yeməklər satan insalardan qorxmaq lazım deyil. Yerli adamlar bu cür qidalanırlarsa siz niyə bunu etməyəsiz.

7. Azmısınız? Bu ki əladır!

Doğrudan da, səyahətdə azmaq əladır. Həyəcanlanmağa tələsməyin. Dərindən nəfəs alın. Sonra isə olduğunuz yerə xəritədə yox, öz gözlərinizlə baxmağa çalışın. Küçələri gəzin, yolu soruşun və beləcə şəhəri araşdırmış olacaqsız.

8. Hazır cığırlarla getməyin.

Söhbət tək ekskursiya qruplarının çəkdiyi cığırlardan getmir. Sizin öz şəhərinizdə də elə yerlər var ki, çox adam oranı tanımır. Elə yerlər qonaq getdiyiniz şəhərdə də var. O yerləri tapmağa çalışın.

9. Pulsuz getdiyiniz hər yer gözəldir.

Küçələri gəzin, dağlara çıxın, okeana baş vurun, parkları ziyarət edin, insalara nəzər salın, yeni təəssüratlar əldə etməyə çalışın. Bir sözlə getdiyiniz ölkənin sizə pulsuz təklif etdiyi imkanlardan yararlanmağa çalışın.

10. İctimai nəqliyyatdan istifadə edin.

Bütün yerli insanlar ictimai nəqliyyatdan istifadə edirlər. Deməli, bu nəqliyyat növü daha ucuzdur. Həm də burda çoxlu maraqlı insanlarla rastlaşacaqsınız.



Terra Travel - İstirahətiniz üçün doğru seçim!


Loading